Dünyanın ən çox yatan ölkəsi bəlli oldu – Siyahıda kimlər var?

saytların hazırlanması

Evə çatdırılma

Dünyanın ən çox yatan ölkəsi bəlli oldu – Siyahıda kimlər var?

Maraqlı

12 Oktyabr 2026 11:36 82


Dünyada insanların nə qədər yatdığı, gecə saat neçədə yatağa getdiyi və səhər nə vaxt oyandığı ilə bağlı araşdırmanın nəticələri açıqlanıb. Siyahıda ən çox və ən az yatan ölkələr yer alıb.

“Yeni Sabah” xəbər verir ki, araşdırmaya əsasən, yuxu müddəti ölkələrin coğrafi mövqeyindən, günəşin batma vaxtından və insanların gündəlik vərdişlərindən asılı olaraq dəyişir. Avropa ölkələri daha erkən yatmaq və keyfiyyətli yuxu baxımından üstün görünür. Bəzi ölkələrdə isə gec yatmaq və az yuxu almaq geniş yayılıb.

Hansı ölkələrdə insanlar daha gec yatır? Pepperoni pizza

Araşdırmaya görə, Polşa və Çexiya sakinləri gec saatlarda yatan ölkələr arasında yer alır. Polşada insanlar orta hesabla gecə saat 00:55-də, Çexiyada isə saat 23:58-də yatırlar. Hər iki ölkədə səhər oyanma vaxtı təxminən 07:25-dir. Macarıstanda isə insanlar orta hesabla saat 23:59-da yatır, səhər saat 07:22-də oyanırlar.

Araşdırmaya əsasən, Türkiyədə insanlar orta hesabla gecə saat 00:59-da yatağa gedir, səhər saat 08:02-də oyanırlar. Ölkədə orta yuxu müddəti 395 dəqiqə, yəni 6 saat 35 dəqiqə olaraq göstərilib. Bu göstərici dünya üzrə orta səviyyəyə yaxın hesab olunur.

Ən çox yatan ölkələr

Araşdırmada orta yuxu müddətinə görə seçilən ölkələr aşağıdakılardır:

Yeni Zelandiya – 447 dəqiqə (7 saat 27 dəqiqə)

Avstraliya – 440 dəqiqə (7 saat 20 dəqiqə)

İsveç – 435 dəqiqə (7 saat 15 dəqiqə)

Danimarka – 434 dəqiqə (7 saat 14 dəqiqə)

Kanada – 431 dəqiqə (7 saat 11 dəqiqə)

Ən az yatan ölkələr

Araşdırmada ən qısa yuxu müddəti ilə seçilən ölkələr isə bunlardır:

Yaponiya – 352 dəqiqə (5 saat 52 dəqiqə)

Səudiyyə Ərəbistanı – 362 dəqiqə (6 saat 2 dəqiqə)

Filippin – 368 dəqiqə (6 saat 8 dəqiqə)

Tayvan – 381 dəqiqə (6 saat 21 dəqiqə)

Honkonq – 399 dəqiqə (6 saat 39 dəqiqə)

Yuxu müddətinə nə təsir edir?

Mütəxəssislərin fikrincə, insanların yuxu rejiminə günəşin batma vaxtı, iş qrafiki, gündəlik həyatın tempi, mədəni vərdişlər və texnologiyadan istifadə təsir göstərir. Gec saatlara qədər işləmək, telefon və digər elektron cihazlardan uzun müddət istifadə etmək yuxu müddətinin azalmasına səbəb ola bilər.

Daha keyfiyyətli yatmaq üçün nə etməli?

Yuxu rejimini yaxşılaşdırmaq üçün aşağıdakı qaydalara əməl etmək tövsiyə olunur:

Hər gün eyni saatda yatıb oyanmaq;

Yatmazdan əvvəl telefon və digər ekranlardan istifadəni azaltmaq;

Axşam saatlarında kofein qəbulundan və ağır yeməklərdən çəkinmək;

Yataq otağında sakit və rahat şərait yaratmaq.

Əsmətxanım Rzazadə


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!