Dünyanın ən yaxşı 5 xüsusi təyinatlı dəstəsi açıqlanıb

saytların hazırlanması

Evə çatdırılma

Dünyanın ən yaxşı 5 xüsusi təyinatlı dəstəsi açıqlanıb

Dünya

03 Oktyabr 2026 10:14 94


Hazırlıq səviyyəsi, döyüş təcrübəsi və kritik əməliyyat imkanlarına görə dünyanın gərgin risk zonalarında fəaliyyət göstərən ən güclü xüsusi təyinatlı birilmələrin cədvəli tərtib olunub.

“Yeni Sabah” xəbər verir ki,  təqdim olunan siyahının zirvəsində Birləşmiş Ştatların "Navy Seals" və "Delta Force" xüsusi təyinatlı qüvvələri yer alıb.

İkinci pillədə Böyük Britaniyanın əfsanəvi "SAS" və "SBS" birləşmələri, üçüncü sırada isə Rusiyanın "Spetsnaz" kəşfiyyat-ştrum dəstələri qərarlaşıb. Sezar pizza

Dünyanın ən təhlükəli və çətin tapşırıqlarını yerinə yetirməyə qadir olan elit hərbi qüvvələr arasında Türkiyə Silahlı Qüvvələrinin məşhur "Bordo Berelilər" birliyi də dördüncü sırada öz əksini tapıb. İlk beşliyi İsrailin dəniz xüsusi təyinatlı qüvvələri sayılan "Shayetet 13" birliyi tamamlayır.

Ekspertlər bildirirlər ki, bu strukturların sıralanmasında yüksək mənəvi-psixoloji hazırlıq, müasir texnoloji təchizat və real döyüş şəraitində qazanılmış təcrübə həlledici rol oynayır.

Nazim Hacıyev


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!