Dünyanın üçüncü böyük çayı daşdı, 140 nəfər öldü
14 İyl 2020 16:20
235

Dünyanın üçüncü böyük çayı daşdı, 140 nəfər öldü

Çindəki sel fəlakətində ikinci səviyyəli həyəcan siqnalına keçilib.

Yenisabah.az xəbər verir ki, Asiyanın ən uzun, dünyanın isə Nil və Amazondan sonra üçüncü ən uzun çayı olan Yantszı çayının suları artaraq selə səbəb olub. Son əlli ilin ən şiddətli yağışlarının səbəb olduğu sel minlərlə insanı evsiz qoyub. Maddi zərərin yüz milyonlarla dollar dəyərində olduğu müəyyənləşib. 

Rəsmi məlumata görə, ölənlərin sayı 140 nəfəri keçib. Xubey vilayəti Selin ən çox təsir göstərdiyi bölgə olub.

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!

Oxşar xəbərlər