Düz edib onu it kimi sürüyüblər!

saytların hazırlanması

Evə çatdırılma

Düz edib onu it kimi sürüyüblər!

Sosial

13 İyun 2024 15:46 1189


Gədəbəydə baş verən bir hadisə bu gün medianın manşetində idi.  Rayon sakini həmkəndlisinin boğazına ip keçirərək küçədə it kimi sürüyüb. Bütün kəndi bu formada gəzdirib, sonra da qadının ayağından öpdürüb. 

Bu hadisənin baş verməsinə səbəb o olub ki, it kimi sürünən “kişi”, onu it kimi sürüyən KİŞİnin həyat yoldaşına sataşıb. (Xəbərdə deyilir ki, söz göndərib).

Qadın olmaq çətindir. Ətraf çirkabla doludur. Ağlı başında olmayan qadınlar bu çirkaba asanlıqla bulaşa bilir.  pizza hut

Gədəbəydə baş verən bu hadisə yadıma bir müddət əvvəl şahidi olduğum bir məsələni saldı. Kifayət qədər hörməti, işgüzarlığı olan bir xanımla söhbət əsnasında söz jurnalistikada olan şəxslərdən birinin üstünə gəldi. Mən həmin şəxs haqda 1-2 cümlə müsbət şey dedim. Deməz olaydım. Həmsöhbətim olan xanım sözümü yarıda kəsib illərlə tanıdığım adamın bir "sapık" olduğunu bildirdi. Sonra sosial şəbəkə hesabını açıb ondan gələn mesajları göstərdi. Özünü hər yerdə ziyalı kimi göstərən həmkarım həmin inbox mesajlarında özünü çox ləyaqətsiz aparmışdı. Ailəli olan bu adam şərəfsizliyin necə olduğunun şəklini çəkmişdi.

Təkcə o idimi?..

Həmin xanım mənim tanıdığım, cəmiyyətin tanıdığı xeyli adamın əslində necə sümsük olduğunu faktla sübut etdi. Əlim üzümdə qaldı. Şalvar geyinən bu adamlar bu həddə qədər necə düşə bilirlər?! Əgər mən qadın olsaydım və o mesajlar mənə gəlsəydi, həmin kişisifətliləri ifşa edərdim. Təbii ki, qanında namus olmayan adamlar bundan heç bir nəticə çıxarmazdılar. Amma ən azından cəmiyyət onları tanıyardı.

İndi Gədəbəydə baş verən hadisə nə olur-olsun, qadının nə qədər günahsız olmasına baxmayaraq, həmin ailə üçün əbədi travmaya çevirilə bilər. Rəzil bir adamın axmaqlığı bir ailənin böyük problemi olacaq. İndi həmin qadın ümumiyyətlə təkbaşına evdən bayıra çıxa bilməyəcək. Həmin qadın insanlar içində özünü çox narahat hiss edəcək. Onun əri qadınına xırda bir məsələdə də şübhə ilə yanaşacaq. Həyatları asan olmaya bilər. 

Bizim coğrafiyada qadın hər zaman toxunulmaz olub. Bu, qanlara, savaşlara səbəb olub. Həyatlar dağılıb, nəsillər bir-birinə düşmən olub. Dövran dəyişib, lakin bu təfəkkür heç vaxt dəyişməyib. Heç dəyişməsin də. 

Mən zorakılıq tərəfdarı deyiləm. Lakin namussuzluq edən adamın cəzası mütləq verilməlidir. Şərəf toxunulmazdır!

Ona görə də düşünürəm: O “kişi”ni düz edib boğazına ip salıb it kimi sürüyüblər!

Elnur Məmmədli


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!