Uqandada Ebola virusu sürətlə yayılmağa başlayıb.
Yenisabah.az "Daily Monitor" nəşrinə istinadən xəbər verir ki, virus artıq ölkənin 5 bölgəsinə yayılıb.
Uqandada ümumilikdə 31 nəfər bu virusa yoluxub, yoluxanlardan 19-u vəfat edib. Sezar pizza
Bildirilib ki, virusun yayılma mərkəzi Konqo Demokratik Respublikasından paytaxt Kampala gedən magistral yolda yerləşən Mubende bölgəsidir.
Qeyd edək ki, virus 2000-ci illərin əvvəllərində Uqandada yüzlərlə insanın ölümünə səbəb olub./Modern.az
Telegram kanalımız