ƏDV çeklərini vuran kimi dərhal atın! - XƏBƏRDARLIQ -   VİDEO

saytların hazırlanması

Evə çatdırılma

ƏDV çeklərini vuran kimi dərhal atın! - XƏBƏRDARLIQ - VİDEO

Sosial

09 Aprel 2024 12:14 4678


Əlavə dəyər vergisi (ƏDV) çeklərini vuran kimi dərhal atın!

“Yeni Sabah” Bizimshow.az Ölkə.Az-a istinadən xəbər verir ki, bu barədə "Laməkan TV" tiktok kanalında məlumat verilib. Qeyd olunub ki, ƏDV çeklərinin hazırlanmasında istifadə olunan BPA0 olduqca zərəli maddədir:

"Tək çekdə yox, ümumiyyətlə mağazada gördüyünüz üzərində "BPA0" yazılan bəzi plastik və konservlərin üzərinə yazılan eyni maddədir. Bisenol A plastik kütlələrin hazırlanmasında çox istifadə olunur. Qiyməti ucuzdur deyə çox istifadə edirlər. Həmçinin supermarket çeklərini əlimizdə tutan zaman bədənə çox tez keçir və bu kanserogendir, xərçəng yarada bilər. Xüsusən süd vəzi, prostat və ağciyər xərçənginə səbəb ola bilər. Dördpendirli pizza

Araşdırmaya görə, bu maddə ən çox supermarket çeklərində , "paper cuurency"də (kağız-pul mübadiləsi), havada, içdiyimiz suda və uşaq qablarının tərkibində olur. Gərək biz uşaqlara qab alanda baxaq görək onun tərkibində bisenol var yoxsa yox. 

Konserv qabda yemək alanda onu qazın üstündə qızdırmayın. Çünki bu qabların daxili örtüyünü bisenolla hazırlayırlar. Əvəzedicisi bisenol F və bisenol S maddələridir. Bunların təsiri bisenol A-dan qismən azdır" - məlumatda deyilir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • Bahar
    Coox savadli xanimsiniz
    2 years ago