Soyuq hava ucbatından Əfqanıstanda 157 nəfər ölüb.
Yenisabah.az CNN-ə istinadla xəbər verir ki, bu faktı "Taliban" hökumətin Böhranların İdarə Edilməsi Nazirliyinin sözçüsü Şəfiullah Rəhimi deyib.
Əfqanıstan yanvarın əvvəlində ən soyuq qışlarından birini yaşayır. Ölkənin bəzi yerlərində havanın temperaturu mənfi 35 dərəcəyə enib. Güclü qara görə Əfqanıstanın bir çox əraziləri ilə əlaqə tamamilə kəsilib. Xilasetmə işləri üçün üçün bəzi bölgələrə hərbi helikopterlər göndərilib, lakin onlar dağlıq ərazilərə enə bilməyib. Pepperoni pizza
BMT-nin son hesabatına görə, Əfqanıstan əhalisinin təxminən üçdə ikisinin sağ qalmaq üçün təcili humanitar yardıma ehtiyacı var.
Telegram kanalımız