Əfqanıstanda əlverişsiz hava şəraiti ucbatından 24 nəfər donaraq ölüb.
Yenisabah.az “Tolou News”a istinadla xəbər verir ki, ölkənin Badğis vilayətində 4-ü uşaq olmaqla 5 nəfər, Herat və Bağlanda küçələrdə yaşayan 9 nəfər, Xostda 5 nəfər, Faryabda 2 nəfər, Cüzcanda 2 nəfər və Sar-e Polda 1 nəfər soyuqdan dünyasını dəyişib.
Digər tərəfdən, hipotermiyaya (bədən tempraturunun aşağı düşməsi) görə yüzlərlə insanın xəstəxanalara müraciət edib və minlərlə mal-qaranın tələf olub. pizza
Telegram kanalımız