Əhaliyə vacib xəbərdarlıq -   Nazirlik məlumat yaydı

saytların hazırlanması

Evə çatdırılma

Əhaliyə vacib xəbərdarlıq - Nazirlik məlumat yaydı

Sosial

27 Avqust 2026 09:22 210


Ölkə ərazisində avqustun 30-dək güclü külək və intensiv yağışların müşahidə olunacağı, bəzi dağ çaylarından qısamüddətli sel keçəcəyi proqnozlaşdırılır.

Yeni Sabah xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən əhaliyə müraciətində bildirib.

Nazirlik güclü külək zamanı yüngül konstruksiyalı və müvəqqəti tikililərdən, bina və reklam lövhələrindən uzaq durmağı, elektrik dirəkləri və naqillərinin, eləcə də hündür ağacların altında dayanmamağı tövsiyə edib. pizza mizza

Qeyd olunub ki, kiçikhəcmli gəmi istifadəçiləri belə hava şəraitində dənizə çıxmamalıdır. Güclü külək zamanı dənizə girmək də təhlükəli hesab olunur.

FHN yağıntılarla əlaqədar bəzi çaylarda sel və daşqın təhlükəsinin yarana biləcəyini bildirərək əhalini təhlükəli ərazilərdən uzaq durmağa çağırıb. Belə təhlükə ilə üzləşdikdə isə dərhal yaxınlıqdakı yüksəkliyə qalxmaq tövsiyə olunur.

Nazirlik ildırım zamanı elektrik cihazlarının şəbəkədən ayrılmasını, telefonla danışılmamasını, açıq ərazidə elektrik xətləri, ildırımötürücülər, navalçalar və antenalardan uzaq durulmasını tövsiyə edib.

Həmçinin hündür ağacların altında daldalanmamaq, avtomobildə olarkən isə hərəkəti dayandırıb şüşələri qaldıraraq ildırımın bitməsini gözləmək çağırışı edilib.

Aytac Əliyeva


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!