ƏHALİYƏ XƏBƏRDARLIQ: iyulun 16-17-si...

saytların hazırlanması

Evə çatdırılma

ƏHALİYƏ XƏBƏRDARLIQ: iyulun 16-17-si...

Sosial

15 İyul 2023 07:28 69137


Bakıda və Abşeron yarımadasında iyulun 16-dan 17-si səhərədək şimal-qərb küləyinin 15-18 metr/saniyə, arabir 20-25 metr/saniyəyədək güclənəcəyi gözlənilir.

Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədovanın verdiyi məlumata görə, iyulun 16-sı əsasən səhər və axşam, 17-də arabir yağış yağacağı gözlənilir.

Yarımadanın bəzi yerlərində leysan xarakterli, intensiv olacağı ehtimalı var. Havanın temperaturu ötən günlərlə müqayisədə 5-8° aşağı enərək, 17-də gündüz 22-27° isti olacaq. pizza hut

Azərbaycanın rayonlarında bir neçə gün davam edən mülayım hava şəraitindən sonra iyulun 16-sı qərb rayonlarından başlayaraq 18-dək ölkə ərazisində hava şəraitinin qeyri-sabit keçəcəyi, arabir leysan xarakterli yağış yağacağı gözlənilir.

Qərb küləyi arabir 15-20 metr/saniyə, ayrı-ayrı yerlərdə arabir 23-28 metr/saniyəyədək güclənəcək.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!