Ehtiyatda olan mayor faciəvi şəkildə həlak oldu

saytların hazırlanması

Evə çatdırılma

Ehtiyatda olan mayor faciəvi şəkildə həlak oldu

Hadisə

02 İyul 2026 09:58 303


Azərbaycan Ordusunun ehtiyatda olan mayoru, Vətən müharibəsinin iştirakçısı Miryusif Miriyev faciəvi şəkildə vəfat edib.

“Yeni Sabah” Ölkə.az-a istinadən xəbər verir ki, o, Bakıda iş yerində baş verən partlayışda ağır xəsarət alıb və komaya düşüb.

M.Miriyev paytaxtdakı xəstəxanalardan birinə yerləşdirilib. Qazi 25 gün komada qaldıqdan sonra iyulun 1-də vəfat edib. pizza mizza

Mərhum anadan olduğu Salyan rayonunun Xalac kəndində torpağa tapşırılıb.

Qeyd edək ki, 1978-ci il təvəllüdlü Miriyev Miryusif Miryavər oğlu "Füzulinin azad olunmasına görə”, "Suqovuşanın azad olunmasına görə” və "Cəsur döyüşçü” medalları ilə təltif olunub.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!