Milli Məclisin bugünkü plenar iclasında 2027-ci ilin dövlət büdcəsi layihəsinin müzakirəsi zamanı çıxış edən parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Azər Əmiraslanov fiskal konsolidasiya siyasəti ilə nəticə əsaslı büdcəyə keçid arasında daha sıx əlaqə yaradılmasının vacibliyini bildirib.
"Yeni Sabah" xəbər verir ki, komitə sədri diqqətə çatdırıb ki, 2025-ci ildə nəticə əsaslı büdcə üzrə maliyyələşmənin həcmi 6,1 milyard manata çatıb və bu məbləğ ümumi büdcə xərclərinin 15,8 faizini təşkil edib.
A.Əmiraslanovun sözlərinə görə, fiskal konsolidasiya prosesinin sürəti eyni zamanda nəticə əsaslı büdcə mexanizminin tətbiqinin də daha sürətli şəkildə genişləndirilməsini zəruri edir. Sərfəli qiymətə məhsullar
Bu iki strateji istiqamətin daha sıx əlaqələndirilməsinin dövlət büdcəsi vəsaitlərindən istifadənin səmərəliliyinin artırılması üçün mühüm əlavə imkanlar yaradacağını vurğulayan komitə sədri bu sahədə islahatların davam etdirilməsinin vacibliyini diqqətə çatdırıb.
Nazim Hacıyev
Telegram kanalımız