Bu sahəyə ayrılan pul artırılacaq -   1,3 milyardlıq qərar

saytların hazırlanması

Evə çatdırılma

Bu sahəyə ayrılan pul artırılacaq - 1,3 milyardlıq qərar

İqtisadiyyat

16 Noyabr 2026 11:46 76


Milli Məclisin plenar iclasında 2027-ci ilin dövlət büdcəsi layihəsinin müzakirəsi zamanı çıxış edən parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Azər Əmiraslanov gələn il kənd təsərrüfatına ayrılan büdcə vəsaitinin həcminin 12,5 faiz artırılacağını bildirib.

"Yeni Sabah" xəbər verir ki, komitə sədri diqqətə çatdırıb ki, 2027-ci ildə aqrar sahəyə təxminən 1 milyard 380 milyon manat vəsaitin ayrılması nəzərdə tutulur ki, bu da cari illə müqayisədə 153 milyon manat çoxdur.

A.Əmiraslanov qeyd edib ki, bu göstərici həmin ili iqtisadi fəaliyyət xərclərindən sonra ən yüksək artım tempinə malik xərc istiqamətinə çevirir. Online shopping Azərbaycan

Ölkə iqtisadiyyatının əsas sektorlarından biri olan aqrar sahənin nəticə əsaslı büdcə mexanizmi ilə əlaqələndirilməsinin vacibliyini vurğulayan komitə sədri Prezident İlham Əliyevin kənd təsərrüfatının Azərbaycan üçün mühüm iqtisadi, sosial və təhlükəsizlik məsələsi olması barədə fikirlərini xatırladaraq hökumətin bu strateji sahəyə dəstəyi bundan sonra da qətiyyətlə davam etdirəcəyini bildirib.

Nazim Hacıyev


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!