Ekspertdən küçə ünvanları ilə bağlı təklif

saytların hazırlanması

Evə çatdırılma

Ekspertdən küçə ünvanları ilə bağlı təklif

Sosial

10 Sentyabr 2026 13:21 98


“Rəqəmsallaşma, fiziki nişanlanma və məlumatların qlobal xəritələrə inteqrasiyası gündəlik səfərləri, kuryer və taksi sifarişlərini əhəmiyyətli dərəcədə asanlaşdıra bilər”.

“Yeni Sabah” xəbər verir ki, bu barədə nəqliyyat və logistika məsələləri üzrə ekspert Rauf Ağamirzəyev öz “Facebook” səhifəsində yazıb. O bildirib ki, ünvan yalnız sənəddə deyil, binanın üzərində və rəqəmsal xəritədə də eyni və dəqiq görünməlidir:

“2012-ci il tarixli fərmanla çoxmərtəbəli binalarda ünvanın müəyyənləşdirilməsi üçün giriş, mərtəbə və mənzil nömrələrinin göstərilməsi nəzərdə tutulub. Bu məlumatların rəqəmsal xəritələrə və naviqasiya sistemlərinə düzgün inteqrasiyası isə növbəti vacib mərhələdir. pizza mizza

Dəqiq ünvan və məkan məlumatlarının vahid sistemdə əlçatan olması həm sərnişin, həm sürücü, həm kuryer, həm də digər xidmətlər üçün vaxt itkisini və yanlış istiqamətləndirməni azaldar.

Ünvan yalnız sənəddə deyil, binanın üzərində və rəqəmsal xəritədə də eyni və dəqiq görünməlidir. Rəqəmsal xəritədə görünən ünvan – şəhərdə fiziki olaraq tapılan ünvandır”.

Nazim Hacıyev


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!