Elcan Rəsulovdan meyxanaçılara irad: “İçib cibindəki...”

saytların hazırlanması

Evə çatdırılma

Elcan Rəsulovdan meyxanaçılara irad: “İçib cibindəki...”

Şou

27 Aprel 2026 17:25 143


Elcan Rəsulov toy məclislərində musiqiçilərə verilən şabaş pulları ilə bağlı sərt fikirlər səsləndirib.

“Yeni Sabah” xəbər verir ki, aktyor “Efirdən kənar” verilişində bu pulları doğru qazanc hesab etmədiyini bildirib.

Onun sözlərinə görə, şabaşı çox vaxt məclisdə içkili vəziyyətdə olan şəxslər verir və həmin anda insanlar nə xərclədiklərinin, nə də eşitdikləri ifanın fərqində olurlar:

“Şabaş yaxşı pul deyil. Onu kim verir? Həddindən artıq içkili adam. İçib, nə cibindəki pulun sayını bilir, nə də meyxananı anlayır. Eyni meyxananı 10 dəfə desən, yenə pul çıxarıb verəcək. Ayıq olsa, ikinci dəfədən deyər ki, bu təkrardır”.

E.Rəsulov iddia edib ki, bu cür pulla yüksələn meyxanaçıların taleyi çox vaxt uğurlu olmur. Aktyorun sözlərinə görə, illərlə şabaş hesabına tanınan bəzi şəxslərin sonradan maddi çətinlik və faciəli həyat yaşaması da bunun göstəricisidir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!