“Elçin, Ramal, Abbas, onların hamısı” -   Pişik Güneldən ŞOK SÖZLƏR

saytların hazırlanması

Evə çatdırılma

“Elçin, Ramal, Abbas, onların hamısı” - Pişik Güneldən ŞOK SÖZLƏR

Şou

31 Dekabr 2025 14:58 2483


“Mən artıq o uşaqlara sənətkar deyirəm. Bax, Elnardır, Elvin Abdullayevdir, sonra Pərvizdir. Yox, doğrudan da sənətkarsınız, dostlar. Elçin Cəfərovdur, Ceyhundur, Zamiqdir. Yəni Ramaldır, Abbas Bağırıvdır — bunlar mənim üçün sənətkardırlar”.

“Yeni Sabah” xəbər verir ki, bu sözləri müğənni Günel Ələkbərova “Öz aramızda” verilişində səsləndirib.

“Vallah, “mən sənətkaram” deyən insanların 99 faizinə sual versən ki, sənətin parametrləri nədir, bilməyəcəklər. Baxın, mən deyirəm ki, riyaziyyatçıyam, amma vurma cədvəlini bilmirəm — bu nə qədər tərs səslənər? Ola bilər, ola bilməz, amma bu gün “mən sənətkaram” deyən insanların böyük əksəriyyəti notu bilmir.Amma mənim sadaladıqlarım — Elton, Ayaz, Ramal, Elçin Cəfərov, Ceyhun Qala, Pərviz Abdullayev, Abbas Bağırıv — bunların hamısı savadlı uşaqlardır. Çox adam ola bilər ki, müəyyən yardımla qabağa çıxsın, amma bunlar artıq sənətkardırlar”, - deyə ifaçı gileylənib. pizza mizza

G.Ələkbərova qeyd edib ki, fərq ondadır ki, bunlar öz işlərinin, öz sənətlərinin ustalarıdır, peşəkardırlar:

“Sənətkara “sənətkarsan” demək üçün 80 yaşı gözləmək, 90–100 yaşında demək və ya ölüb gedəndən sonra xatırlamaq lazım deyil”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!