Bakı Şəhər İcra Hakimiyyətində (BŞİH) struktur dəyişikliyi olub.
“Yeni Sabah” Unikal.az-a istinadla xəbər verir ki, bununla bağlı icra başçısı Eldar Əzizov müvafiq əmr imzalayıb.
Əmrə əsasən, BŞİH-nin Mətbuat xidməti ləğv edilərək, əvəzində Beynəlxalq əlaqələr və informasiya təminatı şöbəsi yaradılıb. İnternet mağaza
Yeni yaradılan şöbənin müdiri vəzifəsinə Mətin Adil oğlu Hüseynov təyin edilib.
Qeyd edək ki, M.Hüseynov bu təyinatadək BŞİH-nin Mətbuat xidmətinin rəhbəri vəzifəsində çalışıb.
Telegram kanalımız