BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasında (WUF13) iştirak etmək üçün Bakı şəhərinə müxtəlif ölkələrdən qonaqlar gəlib.
“Yeni Sabah” xəbər verir ki, Suriyanın Dəməşq əyaləti, Qazaxıstanın Astana şəhəri, Ruandanın Kiqali şəhəri, Vyana Əyalət Parlamenti, Estoniyanın paytaxtı Tallinn şəhəri, Niderlandın Haaqa şəhəri, Efiopiyanın paytaxtı Əddis-Əbəbə şəhəri, Moldovanın paytaxtı Kişineu şəhəri, Tanzaniyanın Dar-əs-Salam şəhəri və BƏƏ-nin Dubay şəhərindən gəlmiş nümayəndə heyətləri ilə Bakı Şəhər İcra Hakimiyyətində görüşlər keçirilib.
BƏƏ nümayəndə heyətinə ərəb dilində nəşr olunan “Vətən müharibəsi tarixi. Şəxsiyyət faktoru” kitabı təqdim edilib. Qeyd olunub ki, Dubay təcrübəsi sübut etdi ki, müsəlmanlar istədikdə sıfırdan ultra müasir şəhər yarada bilərlər. Azərbaycan isə öz növbəsində müsəlmanların işğal altında olan torpaqlarını geri almağa qadir olduqlarını göstərdi. Sezar pizza
“Bütün bunlara görə biz cənab Prezident İlham Əliyevə minnətdarıq. O, Azərbaycan tarixinin parlaq şəxsiyyətidir”, - E.Əzizov əlavə edib.
İcra Hakimiyyətinin başçısı Eldar Əzizov görüşlərdə vurğulayıb ki, bugünkü Bakı şəhəri dövlət başçısı İlham Əliyevin əsəridir və paytaxt daim onun diqqət və qayğısı ilə əhatə olunur. Bundan əlavə, o, ölkə rəhbərliyinin tapşırıq və tövsiyələri əsasında şəhərdə aparılan genişmiqyaslı abadlıq, quruculuq və yaşıllaşdırma işləri barədə ətraflı məlumat verib.
Xarici qonaqlar Bakı şəhərinin gözəlliyi, təmizliyi və həyata keçirilən yaşıllaşdırma işlərindən heyranlıqla danışıb, paytaxtın gecə işıqlandırılmasını xüsusi vurğulayaraq şəhərin çoxsaylı park və ictimai məkanlarını qeyd ediblər. Onlar həmçinin Bakı şəhərinin şəhərsalma təcrübəsini öyrənərək öz ölkələrində tətbiq edəcəklərini bildiriblər.
Keçirilən görüşlərdə qonaqlara müxtəlif 11 dildə çap olunmuş — Bakı Şəhər İcra Hakimiyyəti və AMEA Tarix İnstitutunun birgə layihəsi olan “Vətən müharibəsi tarixi. Şəxsiyyət faktoru” kitabı təqdim edilib.
Telegram kanalımız