Eldar Həsənov Bakıda istintaqa cəlb olundu

saytların hazırlanması

Evə çatdırılma

Eldar Həsənov Bakıda istintaqa cəlb olundu

Siyasət

13 Avqust 2020 15:26 3661


Azərbaycanın Serbiya Respublikasında, Monteneqroda və Bosniya və Herseqovinadakı səfiri, sabiq Baş prokuror Eldar Həsənov bu gün Bakıda istintaqa cəlb olunub.

Yenisabah.az xəbər verir ki, bu barədə məlumat “AzPolitika.info”ya E.Həsənova yaxın mənbələrdən daxil olub.

E.Həsənov Bakıda səfərdə olan Serbiya nümayəndə heyətilə birlikdə bir neçə gün əvvəl Bakıya dönüb. Sezar pizza

E.Həsənovun istintaqa cəlb olunmasının təfərrüatları məlum deyil. Çox böyük ehtimalla, bu, XİN sistemindəki həbslərin istintaqı ilə bağlı ola bilər.

Əlavə məlumat veriləcək.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!