“Elə bil dünən səni...” -   VİDEO

saytların hazırlanması

Evə çatdırılma

“Elə bil dünən səni...” - VİDEO

Şou

04 Avqust 2026 14:37 112


Zaur və Günay Baxşəliyevlərin qızı Dilavərin 13 yaşı tamam olub.

"Yeni Sabah" xəbər verir ki, bu barədə aparıcılar "Istagram"da paylaşım ediblər:

“Dilavər... Bu gün həyatımıza gəlişinin 13-cü ilidir. Elə bil dünən səni ilk dəfə qucağımıza almışdıq. Zaman necə də sürətlə keçdi... İndi isə qarşımızda arzuları, xəyalları və məqsədləri böyüyən gözəl bir gənc qız dayanır. Sən bizim ən böyük qürurumuz, ən şirin sevincimiz və həyatımıza gələn ən dəyərli hədiyyəsən. Arzu edirik ki, qəlbin həmişə sevgi ilə dolu olsun, yolun daim işıqlı açılsın. Allah səni sağlam, xoşbəxt, bəxti gözəl, vicdanlı və mərhəmətli bir ömürlə mükafatlandırsın. Bütün arzuların ürəyincə olsun. İllərdir ad gününü hər dəfə başqa bir ölkədə qeyd etmək bizim ən sevdiyimiz ailə ənənəsinə çevrilib. Amma harada olmağımızdan asılı olmayaraq, bizim üçün ən qiymətli olan sənin sevincin, gülüşün və xoşbəxtliyindir. Allah bütün balaları qorusun. Amin!” Marqarita pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!