Elektrikli avtomobil bazarında gözlənilməz mənzərə –Satışlar çökdü

saytların hazırlanması

Evə çatdırılma

Elektrikli avtomobil bazarında gözlənilməz mənzərə –Satışlar çökdü

Avto

11 Sentyabr 2026 16:57 109


Elektrikli avtomobillərə maraq dünyada davam etsə də, əsas bazarlarda satışların istiqaməti fərqli olub. Avropada artım qeydə alındığı halda, Çin və ABŞ-də satışlar azalıb.

“Yeni Sabah” xəbər verir ki, avqust ayında dünyada 1,83 milyon elektrikli avtomobil satılıb. Bu, ötən ilin eyni ayı ilə müqayisədə 2 faiz çoxdur.

Ümumilikdə, yanvar-avqust aylarında qlobal elektrikli avtomobil satışları 13,4 milyon ədədə çatıb. Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 4 faiz artım deməkdir. Avropada isə avqust ayında 380 min elektrikli avtomobil satılıb. Satışlar illik müqayisədə 36 faiz artıb. Lakin iyul ayı ilə müqayisədə 15 faiz azalma qeydə alınıb. Buna yay aylarında bazarda müşahidə olunan mövsümi yavaşlama səbəb olub. pizza hut

Avropada ilin ilk 8 ayında elektrikli avtomobil satışları 29 faiz artaraq 3,3 milyon ədədə yüksəlib. Dünyanın ən böyük elektrikli avtomobil bazarı olan Çində isə vəziyyət fərqli olub. Avqust ayında ölkədə 1,03 milyon elektrikli avtomobil satılıb. Bu, ötən ilin eyni ayı ilə müqayisədə 11 faiz azdır.

Çində yanvar-avqust aylarında elektrikli avtomobil satışları da 12 faiz azalaraq 6,9 milyon ədəd təşkil edib.

ABŞ-də də satışlarda ciddi geriləmə qeydə alınıb. Avqust ayında ölkədə 140 min elektrikli avtomobil satılıb. Bu göstərici illik müqayisədə 33 faiz azdır. ABŞ-də ilin ilk 8 ayında elektrikli avtomobil satışları 21 faiz azalaraq 1 milyon ədəd səviyyəsində qalıb.

Əsmətxanım Rzazadə 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!