Əli Əsədov görüş keçirdi

saytların hazırlanması

Evə çatdırılma

Əli Əsədov görüş keçirdi

Siyasət

14 Oktyabr 2026 17:44 72


Azərbaycan Baş naziri Əli Əsədov oktyabrın 14-də Azərbaycanda rəsmi səfərdə olan Kamboca Krallığının Baş naziri Hun Manet ilə görüşüb.

"Yeni Sabah" xəbər verir ki, bu barədə Nazirlər Kabineti məlumat yayıb.

Görüşdə H.Manetin Azərbaycana rəsmi səfərinin ikitərəfli münasibətlərin inkişafı baxımından əhəmiyyəti vurğulanıb, səfərin Azərbaycan-Kamboca dostluq əlaqələrinin daha da möhkəmlənməsi üçün yeni imkanlar açacağı bildirilib. Pepperoni pizza

Bakıda keçirilən Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin Zirvə Görüşünün əhəmiyyəti qeyd olunub.

Azərbaycan ilə Kamboca arasında siyasi dialoqun və çoxtərəfli platformalarda qarşılıqlı fəaliyyətin uğurla inkişaf etdiyi, parlamentlərarası və partiyalararası əlaqələrin də genişləndiyi vurğulanıb.

Görüşdə ticarət-iqtisadi və investisiya əməkdaşlığının genişləndirilməsi, energetika, nəqliyyat-logistika, minatəmizləmə, dövlət xidmətləri, təhsil və turizm sahələrində qarşılıqlı fəaliyyətin inkişaf perspektivləri müzakirə olunub.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!