Əli Əsədov iclas keçirdi -   Tapşırıqlar verdi

saytların hazırlanması

Evə çatdırılma

Əli Əsədov iclas keçirdi - Tapşırıqlar verdi

Siyasət

20 Aprel 2026 17:32 1795


Aprelin 20-də Baş nazir Əli Əsədovun rəhbərliyi ilə keçirilən İqtisadi Şuranın iclasının gündəliyində aqrar sahənin dayanıqlı inkişafı, o cümlədən mövcud vəziyyət və inkişaf perspektivləri, kənd təsərrüfatında istehsalın artırılması, məhsuldarlığın yüksəldilməsi, ərzaq təhlükəsizliyinin gücləndirilməsi, aqrar ticarətin və ixracın genişləndirilməsi, regionlarda məşğulluğun qorunması və digər carı məsələlər ətraflı müzakirə olunub.   

Bu barədə “Yeni Sabah”a Nazirlər Kabinetinin Mətbuat xidmətindən məlumat verilib. 

Gündəlikdə olan məsələ üzrə kənd təsərrüfatı naziri Məcnun Məmmədovun geniş məruzəsi dinlənilib. Təqdim olunan məsələlərə dair İqtisadi Şuranın üzvləri və iclasa dəvət olunanlar çıxış ediblər.  

İclasın yekununda aqrar sahənin inkişafı ilə bağlı qərarlar qəbul olunub və aidiyyəti qurumlara müvafiq tapşırıqlar verilib.   


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • ulviyye
    Əli Əsədov hələ vəzifədədir
    12 days ago