Əli Həsənov: “Ramiz Mehdiyevin mənə nə dəxli var?”

saytların hazırlanması

Evə çatdırılma

Əli Həsənov: “Ramiz Mehdiyevin mənə nə dəxli var?”

Siyasət

15 Oktyabr 2025 14:22 1294


Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin cinayət məsuliyyətinə cəlb olunmasından sonra PA-nın keçmiş şöbə müdiri Əli Həsənovun istintaqa çağırılması ilə bağlı iddialar yayılıb.

“Yeni Sabah” xəbər verir ki, Teleqraf məsələ ilə bağlı Əli Həsənovla əlaqə saxlayıb.

O, açıqlamasında yayılan xəbərləri təkzib edib: Sezar pizza

"Mən heç bir istintaqa cəlb olunmamışam. Mənim hazırda heç bir ictimai-siyasi öhdəliyim yoxdur. Haqqımda yayılanlar yalandır, boş söhbətlərdir. Ramiz Mehdiyevin mənə nə dəxli, nə aidiyyəti var?”

Qeyd edək ki, ötən gün Səbail Rayon Məhkəməsi Prezident Administrasiyasının sabiq rəhbəri, AMEA-nın keçmiş prezidenti Ramiz Mehdiyev barədə ev həbsi qərarı verib. Akademik dövlət hakimiyyətini ələ keçirməyə yönələn əməllərdə, dövlətə xəyanətdə və cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırmada ittiham olunur.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!