İsrailin Tehrana endirdiyi hava zərbələri nəticəsində öldürüldüyü deyilən İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Laricani paylaşım edib.
“Yeni Sabah” xəbər verir ki, o, özünün Teleqram kanalında etdiyi paylaşımında bildirib:
“Denada xidmət zamanı şəhid olan İran Silahlı Qüvvələrinin Hərbi Dəniz Qüvvələrinin əsgərləri xalqın igidliyi və fədakarlığının bir hissəsini göstərib”. Marqarita pizza
Ə.Laricaninin sözlərinə görə, bu şəhidlərin xatirəsi hər zaman xalqın qəlbində yaşayacaq.
O, şəhidlər üçün Allahdan yüksək mərtəbələr diləyib və onların fədakarlıqlarının ölkənin müdafiə gücünü möhkəmləndirdiyini vurğulayıb.
Bu paylaşımdan bir qədər əvvəl isə İsrailin müdafiə naziri İsrail Katz Ə.Laricaninin öldürüldüyünü deyib.

***
12:33
İsrail tərəfi İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Laricaninin öldürüldüyünü iddia edir.
“Yeni Sabah” xəbər verir ki, bu barədə İsrail mətbuatı məlumat yayıb.
Bildirilib ki, İsrail Hərbi Hava Qüvvələrinin martın 15-dən 16-na keçən gecə paytaxt Tehranda hədəf aldığı obyekt və şəxslər arasında Əli Laricani də olub. Lakin onun zərər çəkib-çəkmədiyi barədə heç bir məlumat yoxdur.
İran rəsmiləri məsələ ilə bağlı heç bir açıqlama verməyib.
Qeyd edək ki, 1958-ci il təvəllüdlü Əli Laricani ABŞ və İsrailin İrana qarşı müharibəsində müqavimətin əsas təşkilatçılarından biridir. O, tez-tez sosial şəbəkə hesablarında paylaşımlar edir, Tehrana qarşı iddialara cavab verir. Təhlükəsizlik Şurasının katibi sonuncu dəfə 12 saat öncə sosial şəbəkə hesabında post paylaşıb.
Aytac Əliyeva
Telegram kanalımız