“Əli Mirəliyev sənətə dərzilikdən gəlib”   - Şok açıqlama

saytların hazırlanması

Evə çatdırılma

“Əli Mirəliyev sənətə dərzilikdən gəlib” - Şok açıqlama

Şou

29 Avqust 2022 10:03 1730


“Qonaq var” verilişinə qatılan Əməkdar artist Cavanşir Məmmədov həmkarı Əli Mirəliyev haqqında şok açıqlama verib.

“Yeni Sabah” bildirir ki, Ə.Mirəliyevi Azərbaycan musiqi tarixinin parlaq bilicilərindən biri sayan Əməkdar artist onun ifa tərzinə heyran olduğunu bildirib.

C.Məmməov deyib ki, o, Ə.Mirəliyev son 50 ildə yazılan bütün mahnılarının bəstəkarının, ilk ifaçısının kim olduğunu bilir, hətta həmin mahnıların uzun illər ərzində kimlər tərəfindən ifa olunmağından da xəbərdardır: “Bu adamın enskilopedik musiqi biliyi var”. Toyuqlu pizza

Əməkdar artist həmkarı Ə.Mirəliyevin sənətə necə gəldiyini də açıqlayıb: “Əli müəllim cavan vaxtı dərzi işləyirdi. O, sənətə dərzilikdən gəlib. Mən bu sözləri deməklə onu aşağılamaq istəmirəm. Dərzilik incəlik və dəqiqlik tələb edən bir peşədir. Əli Mirəliyev bu incəliyi öz sənətində göstərə bilir”. 

Nəzrin Cavadzadə 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!