Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan Donald Trampın Sülh Şurasının zirvə toplantısında iştirak etmək üçün Vaşinqtona gedəcəklər.
"Yeni Sabah" xəbər verir ki, bu barədə ABŞ-də yaşayan azərbaycanlı jurnalist Aleks Raufoğlu sosial media platforması X-də yazıb.
O qeyd edib ki, səfər fevralın 19-na planlaşdırılır. Pepperoni pizza
Bundan əvvl "Axios" ABŞ rəsmisinə və 4 üzv ölkənin diplomatlarına istinadla Ağ Evin fevralın 19-da Qəzza Sülh Şurası liderlərinin görüşünü keçirməyi planlaşdırdığını bildirmişdi. ABŞ administrasiyası bu görüşdən Qəzza atəşkəs sazişinin ikinci mərhələsinin həyata keçirilməsini irəli aparmaq və regionun yenidən qurulması üçün vəsait toplamaq üçün istifadə etmək niyyətindədir.
"Bu, Sülh Şurasının ilk iclası və Qəzzanın yenidən qurulması üçün vəsait toplama konfransı olacaq", - deyə ABŞ rəsmisi bildirib.
Telegram kanalımız