İlkin Misgərlinin “Bizim eltilər” serialında autizm xəstəsini yamsılmasına qəzəb sönmür.
Aktyorun özü həmin videodan xəbərsiz olduğunu, autizmli uşağı qəsdən parodiya etmədiyini, ortaya çıxan oxşarlığın təsadüf olduğunu bildirib.
“Sözügedən görüntülülərlə tanış olandan sonra düşündüm: birincisi, burada gülməli nə var? Yəni bizim tamaşaçı doğrudan da belə bir şeyə gülür? İkincisi, bu cür həssas bir mövzuya dırnaq içində belə yumoristik yanaşma var”. Sezar pizza
Bunu “Yeni Sabah”a ssenarist Əcəmi Əsədulla deyib.
Onun sözlərinə görə son illər həmin yaradıcı heyət əsasən “TikTok”dakı videoları ssenariləşdirir:
“İşləri-gücləri sosial şəbəkədə gördüklərini A4 vərəqinə yazmaqdır. Yəqin bacardıqları budur. Bu barədə çox danışmaq istəmirəm”.
Ə.Əsədulla qeyd edib ki, onu istedadlı aktyorların bu cür layihələrdə yer alması narahat edir:
“Məni düşündürən istedadlı aktyorların bu cür ssenarilərin qurbanı olmasıdır. Elə müğənnilər var ki, onları sənət icmasında yox, ancaq “TikTok”dan tanıyırlar, bu cür müğənnilərə el içində “TikTok müğənniləri” deyirlər. Amma istedadını, aktyorluğunu bəyəndiyim bir neçə sənətçi dostumuz var ki, “TikTok” aktyoru olmaq istiqamətində gedir. Etməyin! Ölkəmizdə aktyor elə böyük bir qonarar almır. B məbləğ qarşılığında heç nə etməyin”.
Yumor insanı güldürməklə yanaşı, düşündürməlidir. Çox uzağa getməyək, yaxın günlərdə Türkiyədə bir yumoristin, stend ap-çının 90 dəqiqəlik çıxışı ölkədə gündəminə bomba kimi düşdü.
Əlqərəz, bir az düşünək, yaxşı zarafatlar yazıb düşündürək. Hörmətli ssenaristlər, “TikTok”dan çıxın...”
Kino icmasından ssenarist-rejissor Elşən Zeynallı da mövzuya toxunub:
"O seriala baxmamışam. Ümumiyyətlə, baxmıram. Bu məsələyə obyektiv nə isə söyləmək çətindir. Bircə onu deyə bilərəm ki, qeyri-peşəkarlar meydanlarda at oynadır. Əxlaq insanın keyfiyyətidir. Bu, kimdə var, kimdə yoxdur".
Əsmətxanım Rzazadə
Telegram kanalımız