Elza Seyidcahan "əsl kişilik" anlayışı ilə bağlı fikirlərini bölüşüb.
“Yeni Sabah” xəbər verir ki, Əməkdar artist “Sevilən səhər” proqramında bəzi kişilərin uğurlarını həzm edə bilmədiyini və ona qısqanclıq göstərdiyini bildirib:
“Mən analığı, nənəliyi, bəstəkarlığı – hər şeyi dadmışam və abrımı qoruyaraq zirvələrə yüksəlmişəm. Çətin olub. İsmətimi, mərifətimi qorumuşam. Azərbaycan Yazıçılar Birliyinə (AYB) üzv olanda qadınlardan çox kişilər mənə üsyan etdilər. Halbuki məni ora kişilər seçmişdi. Onlar məntiqsiz davranırdılar. İnternet mağaza
Əsl kişilik bığ-saqqal saxlamaqla ölçülmür. Çoxu bığ saxlayır, amma onun mənasını bilirmi? Biz uşaq olanda hamının üzü təmiz idi”.
Müğənni əlavə edib ki, kişi qadının gözəlliyindən, xanımlığından və mədəniyyətindən zövq almağı bacarmalıdır.
Aydan Hacı
Telegram kanalımız