“İstəyirəm ki, böyük bağ, baxçam olsun. O bağda gəzim. Böyük ev istəmirəm. Ancaq bağ istəyirəm. Novxanında bağım var idi, amma müəyyən səbəblərə görə oranı satdım. Mən onu evlə dəyişdim. Amma çox peşmanam”.
Yenisabah.az olay-a istinadla xəbər verir ki, bu sözləri Əməkdar artist Könül Kərimova “Həmin Zaur” verilişində deyib.
Müğənni əlavə eddib: “Çoxlu ev həvəsindəyəm. Ümumiyyətlə, ev sevən insanam. Tez-tez evləri dəyişməyi xoşlayıram. Əlacım olsa, hər il bir ev alıb orada qalaram. İndi yaşadığım villanı dəyişmək istəmirəm. O, övladlarımın evidir. O mülk ruzulu, bərəkətlidir. Düşərli bir evdir. O villa varım, yoxumdur”. Dominos pizza
Telegram kanalımız