Əməkdar artist komaya düşdü   - FOTO

saytların hazırlanması

Evə çatdırılma

Əməkdar artist komaya düşdü - FOTO

Mədəniyyət

18 Sentyabr 2026 19:00 451


Əməkdar artist, tanınmış diktor Sevda Saleh Məmmədzadənin səhhəti ağırlaşıb.

"Yeni Sabah" xəbər verir ki, komaya düşən diktorun son vəziyyəti ilə bağlı qızı Gültən Ramazanova açıqlama verib.

G.Ramazanova Musavat.com-a bildirib ki, anasının vəziyyəti kritikdir və həkimlər onun səhhəti ilə bağlı ümidli deyil: pizza

“Anamın böyrəkləri fəaliyyətini dayandırıb. Həkim dedi ki, son saatlarıdır, orqanizm tab gətirmədi. Anam komadan ayılmadı. Hər şey sondur. Həkimlər ümidli deyil. Vəziyyəti hər saat pisləşir”.

Qeyd edək ki, Əməkdar artist, diktor Sevda Saleh Məmmədzadə sentyabrın 1-də koma vəziyyətində reanimasiyaya yerləşdirilib. Ona baş-beyin qan dövranının hər iki beyin yarımkürəsində kəskin işemik tipli pozulması, ürəyin işemik xəstəliyi və səyirici aritmiya diaqnozları təyin olunub.


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!