Əməkdar incəsənət xadimi Cavad Mircavadovun məzarına dair paylaşım müzakirə doğurub.
“Yeni Sabah” xəbər verir ki, jurnalist Ülviyyə Heydərova sosial şəbəkə hesabında rəssamın məzarının fotosunu dərc edib.
O, böyük sənətkarın məzarının nəzarətə götürülərək bərpa olunmasını istəyib: pizza mizza
“Ümid edirəm, böyük rəssamın məzarı aidiyyəti qurumlar, təşkilatlar tərəfindən nəzarətə götürülərək bərpa olunacaq. Sual oluna bilər ki, bəs, hanı Mircavadın ailəsi? Yoxdur ailəsi. Həyat yoldaşı Lyuba xanım bir neçə il əvvəl rəhmətə gedib. Yeganə oğlu, bildiyim qədərilə, Danimarkada yaşayır və ölkə ilə yaxından, uzaqdan əlaqəsi yoxdur”.
Jurnalist bildirib ki, milli və mənəvi dəyərlərə sahib çıxmaq cəmiyyətin üzərinə düşən məsuliyyətdir:
“Amma biz ki varıq. Ölkənin milli, mənəvi dəyərlərinə sahib çıxmağa ki gücümüz var”
Xatırlatma: C.Mircavadov 1992-ci ildə Kopenhagen-Moskva qatarında yol gedərkən vəfat edib. O, rəssam Tofiq Cavadovun qardaşıdır.
Telegram kanalımız