Emin Əmrullayev bu il məktəbə qədəm qoyan şagirdləri təbrik edib

saytların hazırlanması

Evə çatdırılma

Emin Əmrullayev bu il məktəbə qədəm qoyan şagirdləri təbrik edib

Sosial

15 Sentyabr 2026 09:05 93


Bu gün 124 minə yaxın uşaq yeni dərs ilinə qədəm qoyur.

“Yeni Sabah” APA-ya istinadla xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev Bilik Günü münasibətilə keçirilən tədbirdə deyib.

Nazir birinci sinfə qədəm qoyan şagirdlərin timsalında bütün şagirdləri yeni dərs ilinin başlanması münasibətilə təbrik edib, onlara təhsildə uğurlar arzulayıb. pizza

Emin Əmrullayev bildirib ki, təhsildə əldə olunan nəticələrin əsasında müəllimlərin fəaliyyəti dayanır. O, müəllimləri də yeni tədris ilinin başlanması münasibətilə təbrik edib.

Nazir valideynlərə də təşəkkürünü bildirib. O qeyd edib ki, valideynlər bütün tədris prosesi boyunca övladlarının yanında olsalar və məktəblə yaxından əməkdaşlıq etsələr, təhsildə daha böyük irəliləyişlərə nail olmaq mümkündür.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!