Əminə Məhəmməd: “Bu işdə Azərbaycana dəstəyimiz davam edir”

saytların hazırlanması

Evə çatdırılma

Əminə Məhəmməd: “Bu işdə Azərbaycana dəstəyimiz davam edir”

Siyasət

22 May 2026 14:31 114


BMT Azərbaycanın işğaldan azad edilmiş ərazilərində minatəmizləmə fəaliyyətinə dəstəyini davam etdirir.

“Yeni Sabah” xəbər verir ki, bunu BMT Baş katibinin müavini Əminə Məhəmməd WUF13-ün rəsmi bağlanış mətbuat konfransında deyib.

O bildirib ki, Qarabağda həyata keçirilən bərpa və reinteqrasiya proqramları Azərbaycan hökumətinin səlahiyyətində olan məsələdir və davamlı sülhün təmin edilməsinə xidmət edir. Dominos pizza

Əminə Məhəmməd qeyd edib ki, BMT hazırda Azərbaycana minatəmizləmə sahəsində dəstək göstərir.

“Bu, çox vacib fəaliyyətdir. Proses uzun müddət tələb edəcək. Eyni zamanda, bu iş etimadın formalaşdırılmasının və insanlar üçün daha təhlükəsiz icmaların yaradılmasının tərkib hissəsidir”, - BMT Baş katibinin müavini vurğulayıb.

Onun sözlərinə görə, təhlükəsiz yaşayış mühitinin yaradılması insanların öz evlərinə və icmalarına qayıdışı üçün əsas şərtlərdən biridir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!