“Əmir Teymur” Laçın Beynəlxalq Film Festivalında nümayiş etdiriləcək

saytların hazırlanması

Evə çatdırılma

“Əmir Teymur” Laçın Beynəlxalq Film Festivalında nümayiş etdiriləcək

Mədəniyyət

24 Avqust 2026 14:01 44


Bu gün işə başlayan Laçın Beynəlxalq Film Festivalında Özbəkistanda istehsal olunan “Əmir Teymur” filmi də nümayiş etdiriləcək.

"Yeni Sabah" xəbər verir ki, Azərbaycan dilinə dublyaj edilmiş film avqustun 26-da “LaCinema” kinoteatrında təqdim olunacaq. Bu, ekran əsərinin Qarabağ və Şərqi Zəngəzurda ilk nümayişidir.

Laçın Beynəlxalq Film Festivalı avqustun 27-dək davam edəcək. Festival çərçivəsində dünyanın müxtəlif ölkələrindən seçilmiş filmlər nümayiş etdiriləcək, yerli və beynəlxalq kino mütəxəssislərinin iştirakı ilə panel müzakirələri və digər tədbirlər keçiriləcək. Pepperoni pizza

Filmlərin əsas nümayişləri 24–26 avqust tarixlərində Laçının kino məkanı olan “LaCinema” kinoteatrında keçiriləcək. Proqrama Azərbaycanla yanaşı, Almaniya, Polşa, Özbəkistan, İspaniya, Türkiyə, İndoneziya, Moldova, Yunanıstan, Serbiya, Ukrayna, Hindistan və digər ölkələrin filmləri daxil edilib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!