Azərbaycan və Fransa prezidentləri arasında telefon danışığı olub.
“Yeni Sabah” xəbər verir ki, bu barədə Azərbaycanın dövlət başçısının sosial şəbəkə hesabında paylaşım edilib.
Məlumata görə, mayın 21-də Fransa Prezidenti Emmanuel Makron Azərbaycan Prezidenti İlham Əliyevə zəng edib. Marqarita pizza
Telefon danışığı zamanı Azərbaycan-Fransa ikitərəfli münasibətlərinin gündəliyi və qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Azərbaycan və Fransa prezidentləri regional və qlobal məsələləri də müzakirə edib.
Telegram kanalımız