Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan G-20 liderlərinin İndoneziyanın Bali şəhərində keçiriləcək sammiti çərçivəsində Rusiyanın dövlət başçısı Vladimir Putinlə görüşə bilər.
“Report” “A Haber”ə istinadən xəbər verir ki, bunu Türkiyənin kənd təsərrüfatı və meşəçilik naziri Vahid Kirişçi bildirib.
Onun sözlərinə görə, əgər görüş baş tutarsa, dövlət başçılarının Rusiya və Ukraynadan taxıl ixracı məsələsini müzakirə edəcəkləri gözlənilir. Marqarita pizza
Xatırladaq ki, G-20 liderlərinin sammiti noyabrın 13-14-də Balidə keçiriləcək.
Telegram kanalımız