Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Suriya liderinin Özbəkistanda keçiriləcək ŞƏT sammitində iştirak edəcəyi təqdirdə Suriya prezidenti Bəşər Əsədlə görüşmək istəyini bildirib. Lakin Əsəd sammitdə iştirak etməyib.
Yenisabah.az xəbər verir ki, məlumat 4 mənbənin "Reuters" agentliyinə Türkiyə kəşfiyyatının rəhbərinin son həftələr Dəməşqdə suriyalı vəzifədaşı ilə bir neçə görüş keçirdiyini bildirməsindən sonra yayılıb.
Bu mövzuya toxunan “Hürriyet” qəzetinin köşə yazarı Abdulkadir Selvi bildirib ki, Ərdoğan bazar ertəsi hakim AKP-nin qapalı iclasında Əsədlə bağlı açıqlama verib. pizza
“Mən Əsədin Özbəkistana gəlməsini istərdim və onunla danışardım. Amma o, ora gələ bilməz”, - deyə Selvi partiyanın iclasında Ərdoğanın sözlərindən sitat gətirir.
Müəllif əlavə edir: “O, hakimiyyətini saxlamaq üçün üsyançılarla müharibəyə getdi. İqtidarını müdafiə etmək qərarına gəldi. O, nəzarət etdiyi əraziləri qorumaq barədə düşünürdü. Lakin o, böyük əraziləri müdafiə edə bilmədi”, – deyə Ərdoğan vurğulayıb.
Telegram kanalımız