Ərdoğan zəlzələdən danışdı, rəqəmlər açıqladı

saytların hazırlanması

Evə çatdırılma

Ərdoğan zəlzələdən danışdı, rəqəmlər açıqladı

Dünya

14 Fevral 2023 16:48 972


""Zəlzələdə xəsarət alan 81 min vətəndaşımızın əksəriyyəti artıq xəstəxanalardan buraxılıb, eləcə də 8 mindən çox insan dağıntılar altından xilas edilib".

Yenisabah.az “Sputnik Türkiye”yə istinadla xəbər verir ki, bu rəqəmləri ölkə prezidenti Rəcəb Tayyib Ərdoğan açıqlayıb.

“Təəssüf ki, zəlzələlər episentrdən 500 km radiusda, 13,5 milyon vətəndaşın yaşadığı 10 vilayətdə böyük dağıntılara səbəb olub. Ümumən 20 milyona yaxın insan təbii fəlakətdən zərər çəkib. Alimlərin fikrincə, zəlzələlər 500 atom bombasının partlamasına bərabər olub”, – deyə Ərdoğan “World Government Summit” iştirakçılarına videomüraciətində bildirib. Dördpendirli pizza

Xatırladaq ki, fevralın 6-da saat yerli saatlar 04:17-də Türkiyənin Kahramanmaraş vilayətində baş vermiş zəlzələ bir sıra şəhərlərdə dağıntılara səbəb olub. Bölgədə daha 2 güclü zəlzələ qeydə alınıb. Episentral zonada yeraltı təkanların gücü 10-11 bal təşkil edib.

Son məlumatlara görə, Türkiyədə zəlzələ qurbanlarının sayı 31.643 nəfərə çatıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!