Erməni boksçu dünya çempionatından kənarlaşdırıldı

saytların hazırlanması

Evə çatdırılma

Erməni boksçu dünya çempionatından kənarlaşdırıldı

İdman

31 Oktyabr 2021 13:36 845


Rusiyanı təmsil edən erməni boksçu Edmond Xudoyan Serbiyanın paytaxtı Belqradda davam edən dünya çempionatından kənarlaşdırılıb.

Yenisabah.az Report-a istinadla xəbər verir ki, buna 48 kq-da mübarizə aparan idmançının yaponiyalı Kazumo Aratakeyə qarşı 1/8 final görüşündə qaydaları pozması səbəb olub.

Bir neçə dəfə hakimdən xəbərdarlıq alan Xudoyan nəticədə diskvalifikasiya edilib və texniki məğlubiyyət alıb.

Qeyd edək ki, dünya çempionatında Azərbaycan boksçuları da qüvvəsini sınayır.

 

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!