"Ermənistanda korrupsiyalaşmış, birinci Qarabağ savaşı zamanı ağır hərbi cinayətlər törətmiş eks-prezidentlər və digər yüksək vəzifəli şəxslər 44 günlük Vətən müharibəsi zamanı öyündükləri “məğlubedilməz” ordularının Azərbycan Silahlı Qüvvələri tərəfindən darmamdağın edilməsinin günahını Paşinyanın üzərinə qoyub onu devirmək istəyirlər. Onlar Rusiya ilə dostluqlarını nə qədər qabartsalar, nə qədər pul xərcləsələr də yüz minləri küçələrə çıxara bilmirlər. Çünki erməni cəmiyyəti onları tanıyır və onlardan iyrənib".
Yenisabah.az xəbər verir ki, bu barədə Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, millət vəkili Qüdrət Həsənquliyev bildirib.
O, Ermənistandakı mövcud vəziyyətin çox da davam etməyəcəyini diqqətə çatdırıb:
"İqtisadi-sosial vəziyyət ağırlaşdıqca digər dəyərlər arxa plana keçəcək, insanlar yalnız yaşamaq haqqında düşünəcək və Paşinyandan üz döndərəcəklər. Əgər Paşiyanın qarğa qədər ağlı varsa, dərhal iqtisadi vəziyyəti yaxşılaşdırmaq üçün Azərbaycanın ərazi bütövlüyünü tanımalı, Qarabağın statusu məsləsinə dilinə gətirməməli, bizimlə və Türkiyə ilə əməkdaşlığa başlamalıdır. Əks halda Qarabağ klanı çevriliş yolu ilə hakimiyyəti dəyişəcək. Paşinyan cəsarətsizlik edib hakimiyyətə gələndən sonra münaqişə ilə bağlı buraxdığı səhvi təkrar edib Qarabağ probleminin həlli istiqamətində ciddi addım atmasa, özünü və ölkəsinin suverenliyini tamamilə məhv edəcək, bununla yanaşı, Ermənistanı yeni müharibə ilə üz-üzə qoyacaq. Onun çox az vaxtı qalıb".
Telegram kanalımız