Ermənistan Milli Məclisində müxalifət deputatları Paşinyanın çıxışını boykot ediblər.
Yenisabah.az “Hraparak”a istinadla xəbər verir ki, hazırda Nikol Paşinyan Milli Məclisin tribunasından çıxış edərək sərhəddəki vəziyyətdən danışır.
Qeyd edək ki, müxalifət fraksiyalarının deputatları parlamentə gəlsələr də, iclasda iştirak etməyiblər. Lakin onlar səhər saatlarında fraksiyaların rəhbərləri və katibləri səviyyəsində zalda olublar və ümumi bəyanatın layihəsini hazırlamaq üçün spiker Alen Simonyanla razılaşıblar. Hakim “Vətəndaş müqaviləsi” isə onları bu vəziyyətdə zala qayıtmağa və birlik nümayiş etdirməyə inandırıb.
Erməni nəşri yazır ki, müxalifət hakim partiya ilə yalnız birgə bəyanat layihəsi üzərində işləməyə razı olub. Müxalifət üzvləri bildiirblər ki, onlar Milli Məclisin zalına girməyəcəklər, Nikol Paşinyana sual verməyəcəklər. O cümlədən layihənin icrası zamanı onların təkliflərinin qəbul edilib-etdilməyəcəyi hələ də bəlli deyil.
Telegram kanalımız