Erməni keşiş Paşinyanı yıxdı-sürüdü

saytların hazırlanması

Evə çatdırılma

Erməni keşiş Paşinyanı yıxdı-sürüdü

Siyasət

21 Oktyabr 2020 17:29 3412


Moskvada yaşayan provaslav kiləsinin keşişi erməni əsilli Ruben Mkrtçyan Ermənistanın Baş naziri Nikol Paşinyanı sərt tənqid edib. Yenisabah.az xəbər verir ki, keşiş Paşinyanı Rusiya ilə münasibətləri korlamaqda suçlayıb. “Dağlıq Qarabağda hərbi əməliyyatların başlanğıcında Ermənistanın Baş naziri Nikol Paşinyan əsas müttəfiqi Rusiya ilə münasibətləri korladı”, - deyə keşiş sosial şəbəkədə yazıb.

O daha sonra Paşinyan və komandasının Ermənistan-Rusiya münasibətlərini pozan addımlarını sadalayıb.

“Vladimir Putinin şəxsi dostu Robert Köçəryanı həbsə atdı. Putinin Köçəryanın sərbəst buraxılması tələbini qətiyyətlə rədd etdi. Bu da Putinlə yaxşı şəxsi münasibətlər qurmağı mümkünsüzə işə çevirdi”, - deyə Mkrtçyan bildirib.

Keşiş əlavə edib ki, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) keçmiş baş katibi Yuri Xaçaturovun həbsini xatırladarq qeyd edib ki, bu addım sözügedən təşkilatı nüfuzdan salmaya bilməzdi.  

Mkrtçyan deyib ki, Paşinyan ölkənin xüsusi xidmət orqanını “sorosçu qrantyeyınlər”ə həvalə edib. Bu da təbii Rusiyanın Ermənistan xüsusi xidmət orqanlarına etibar etməməsinə gətirib çıxarıb.

"O, Amerika və ingilislərin bir çox təsir agentlərini Ermənistandakı ən yüksək vəzifələrə gətirdi. Onların çoxu dəfələrlə əllərində Rusiyanın Ermənistandakı hərbi bazasının ölkədən çıxarılmasını tələb edən plakatlarla yanaşı dayandırlar", - deyə keşiş vurğulayıb.

Keşişin sözlərinə görə, Paşinyan ordunun generallarını və yüksək rütbəli zabitlərini nüfuzdan salmaq üçün geniş miqyaslı kampaniya həyata keçirib. “Erməni cəmiyyətini parçalayaraq insanları "qaralar"a və "ağlar" a böldü”, - deyə Mkrtçyan bildirib.

Göründüyü kimi Ermənistanın hərbi müstəvidə məğlubiyyəti artıq bu ölkədə və xaricdə yaşayan erməniləri də dilə gətirib. Onlar artıq açıq şəkildə sülh danışıqlarına zərbə vuran Paşinyanın “Qarabağ avantürası”ndan əziyyət çəkdiklərini bildirirlər.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!