Erməni könüllüləri döyüşməkdən imtina etdi

saytların hazırlanması

Evə çatdırılma

Erməni könüllüləri döyüşməkdən imtina etdi

Rəsmi

02 Oktyabr 2020 09:06 7869


Qarabağda Azərbaycana qarşı əməliyyatlarda iştirak etmək üçün cəbhə bölgəsinə gətirilən erməni könüllülər döyüşməkdən imtina ediblər.

Bu barədə “Yeni Sabah”a Azərbaycan Müdafiə Nazirliyindən məlumat daxil olub. Xəbərdə bildirilir ki, əldə edilən məlumata əsasən, Ermənistandan işğal olunmuş ərazilərimizə gətirilən erməni könüllüləri döyüşlərin gərginliyi və itkilərinin çox olmasından qorxaraq müxtəlif bəhanələrlə döyüşdən imtina edirlər.

“Döyüşlərdə əldə etdiyimiz uğurlar və müxtəlif istiqamətlərdə hakim mövqelərin azad olunması Azərbaycan Ordusunun şəxsi heyəti arasında yüksək döyüş ruhu və qələbə əzmini daha da artırır” – deyə açıqlamada bildirilir.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!