Ermənilər itkilərini etiraf etməyə başladı.
Yenisabah.az erməni KİV-lərinə istinadən xəbər verir ki, Ermənistan-Azərbaycan sərhəddinin şimal-şərq hissəsində erməni hərbçilərinin başlatdığı döyüşlər nəticəsində Ermənistan silahlı qüvvələrinin hərbçiləri mayor Qaruş Ambartsumyan və kapitan Sos Elbakyan ölüb.
Bu barədə Ermənistan Müdafiə Nazirliyinin sözçüsü Şuşan Stepanyan bildirib.
"Müdafiə Nazirliyi itkinin ağır acısını bölüşür və həlak olan əsgərlərin ailələrinə, yaxınlarına və həmkarlarına dəstək olduğunu ifadə edir" , - deyə o bildirib.
Stepanyanın sözlərindən belə anlaşılır ki, erməni hərbçilərindən ölənlər də var və itkilər heç də az deyil.
Telegram kanalımız