Erməni milyarder Xankəndidə Arayiklə görüşdü

saytların hazırlanması

Evə çatdırılma

Erməni milyarder Xankəndidə Arayiklə görüşdü

Rəsmi

08 Sentyabr 2022 13:41 1146


Qarabağdakı terrorçu-separatçıların başçısı Arayik Arutyunyan sentyabrın 8-də Rusiyadan gəlmiş milyarder Ruben Vardanyanı qəbul edib.

Yenisabah.az Ermənistan KİV-lərinə istinadən xəbər verir ki, məlumatı Qarabağ separatçıları yayıblar.

Məlumata görə, A.Arutyunyan Ruben Vardanyanın Qarabağa köçmək, separatçı rejimin təhlükəsizliyi və inkişafında bilavasitə iştirak etmək qərarını alqışlayıb. O, bunun dünyadakı bütün ermənilər üçün nümunə olacağına ümid etdiyini bildirib.

Görüş zamanı əməkdaşlıq perspektivləri müzakirə olunub. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!