Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Nyu-Yorkda ABŞ-ın Cənubi Qafqaz danışıqları üzrə xüsusi nümayəndəsi Filip Rikerlə görüşüb.
Yenisabah.az xəbər verir ki, bu barədə Mirzoyan öz "Twitter" səhifəsində məlumat verib.
Görüşün təfərrüatları açıqlanmayıb.
Bundan əvvəl Nyu-Yorkda Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan, ABŞ dövlət katibi Entoni Blinken və Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov arasında üçtərəfli görüş keçirilib.
Telegram kanalımız