Erməni uşaqlardan aldığı cavab Paşinyanı   ŞOKA SALDI

saytların hazırlanması

Evə çatdırılma

Erməni uşaqlardan aldığı cavab Paşinyanı ŞOKA SALDI

Siyasət

05 Oktyabr 2025 16:42 18922


Ermənistan Baş naziri Nikol Paşinyanı təəccübləndirən hadisə diqqət çəkib.

Yenisabah.az Globalinfo.az-a istinadən xəbər verir ki, o, informasiya texnologiyaları sahəsinin nümayəndələri ilə görüşündə bir xatirəsindən söz açıb.

“Berd icmasının Çoratan kəndinə getmişdim. Qeyri-rəsmi şəkildə yanımıza yaxınlaşdılar, dedilər ki, burada görkəmli məkanlar var, girin baxın. Orada uşaqlar gəlib öz çəkdikləri rəsmləri göstərdilər. Soruşuram ki, nə çəkmisən? Biri deyir ki, Masis dağı (Ağrı dağı), başqası “Soyqırımı abidəsi”…

O anda pəncərədən baxdım. Qarşıda möhtəşəm dağlar, meşələr var. Sonra bir qrup ziyalını dəvət etdim və dedim ki, izah edə bilərsinizmi, niyə bu uşaqlar ətraflarında gördükləri heyrətamiz təbiəti deyil, Ağrı dağını və ya “Soyqırımı abidəsi”ni çəkirlər?”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!