Ermənilər hətta Bakıda da işləyə bilərlər   - Bu şərtlərlə...

saytların hazırlanması

Evə çatdırılma

Ermənilər hətta Bakıda da işləyə bilərlər - Bu şərtlərlə...

Siyasət

28 Sentyabr 2021 20:18 4666


"Qarabağda yaşayan ermənilər, sülh müqaviləsi imzalandıqdan sonra istəsələr gəlib hətta Bakıda da iş tapa bilərlər".

Yenisabah.az xəbər verir ki, bu açıqlamanı politoloq professor Qabil Hüseynli bildirib. Onun sözlərinə görə, imzalanmış Bəyannamənin şərtləri yerinə yetiriləcəyi təqdirdə, sülh müqaviləsi çərçivəsində, sərhədlərin delimitasiya və demarkasiyası prosesi yekunlaşdıqdan sonra Qarabağda yaşayan ermənilər elə o ərazilərdə aparılan yenidənqurma işlərində çalışa bilərlər.

"Prezident İlham Əliyevin fərmanı ilə yaradılan Yuxarı Qarabağ iqtisadi rayonu daxilində ermənilər də qardaşlıq və sülh içərisində yaşaya bilərlər. Bizim bütün millətlərə münasibətimiz yaxşıdır. Ermənilər də Azərbaycanın suverenliyini tanıyıb, birgə yaşayışa razı olarlarsa aclıq və səfalətdən xilas olub rahat yaşaya bilərlər. Qeyd edim ki, bu yalnız Azərbaycanın ərazi bütövlüyünü tanıyacaqları təqdirdə bu mümkün ola bilər". Sezar pizza

Qeyd edək ki, erməni KİV-lərində tez-tez Azərbaycanla sərhədə yaxınlaşıb iş və kömək istəyən erməni vətəndaşları ilə bağlı xəbərlər yayılmaqdadır./Mətbuat.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • BİLGƏ KAĞAN
    KÜR-ARAZ-ARARAT, GÜZELDİR BU HAYAT! KARDEŞ OLSUN HAYASTAN, CÜMLƏ TURAN!!!
    5 years ago