Bu gün səhər saatlarında Ermənistan-Gürcüstan sərhədində 3 bal gücündə zəlzələ baş verib.
Yenisabah.az "Sputnik Armenia"ya istinadən xəbər verir ki, bu barədə Ermənistan Daxili İşlər Nazirliyi məlumat yayıb.
Zəlzələnin episentri Ermənistanın Bavra kəndindən 16 km şimal-şərqdə yerləşib. Yeraltı təkanların gücü 4 bal olub.
Zəlzələ Şirak rayonunun Bavra, Saraqyux, Qazançı, Aşotsk və Musayelyan kəndlərində hiss olunub.
Telegram kanalımız